Yasamal rayonu, Şərifzadə küçəsi 196 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının üstündə ikimərtəbəli mansardın tikilməsi sakinlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Bizim Yol”a sakinlərdən biri olan Lalə Qurbanova bildirib.
Onun sözlərinə görə, sakinlər tikinti işini aparan “Şazi” MTK-ya dəfələrlə şikayətini bildiriblər. Amma müraciətə baxılmayıb.
“Sakini olduğumuz 16 mərtəbəli binalar “Şazi” MTK tərəfindən tikilib. Burada 500 sakin yaşayır.
Hətta qeyri-iş günü də burada tikinti işləri aparılır, saat 21:00-a kimi beton tökürlər. Bina silkələnir. İstirahət hüququmuz pozulur”, - deyə L.Qurbanova deyib.
U.A.
www.oxu.az