Neftin qiyməti durmadan enir. 2016-cı ilin dövlət büdcəsi hesablananda neftin bir barelinin qiyməti 50 dollar idi. Büdcəyə yenidən baxılanda isə bu rəqəm 25 dollar olacaq. Bu isə neft sahəsindən əldə olunan gəlirlərin azalması deməkdir. Amma ilin ikinci yarsından sonra isə neftin qiymətində artım gözlənilir.
Nəzərə alsaq ki, neftdən əldə oluanan gəlirin bir qismi xaricdən gəlir, onda vəziyyət bir az yumşalır. Büdcəyə 200 milyon manat az gəlirin daxil olmasını praqnozlaşdırırıq.
Oxu.Az-ın ANS-ə istinadən məlumatına görə, bunu ölkənin maliyyə naziri Samir Şərifov Mir Şahinə eksklüziv müsahibəsində deyib.
“Eyni zamanda, Vergilər Nazirliyi və Gömrük Xidmətinin xətti ilə daxil olan xərclərə də yenidən baxmışıq. Çünki manatın devalvasiyası Vergilər Nazirliyində müəyyən inflyasiyalar yarada bilər. İqtisadiyyat Nazirliyində isə inflyasiyanın səviyyəsi 10-12 fazi kimi hesablanır.
Bunları nəzərə alaraq 2016-cı ilin dövlət büdcəsində gəlirlərimiz artır. Hazırda gəlirlərimiz 14,5 milyarddırsa, yeni təsdiq olunacaq büdcədə isə bu rəqəm 16,4 milyard təşkil edəcək. Dövlət Neft Fondundan isə dövlət büdcəsinə edilən transferdə isə manat baxımından çox gəlir əldə olunur. Yəni 1,2 milyard səviyyəsində. Ümumi gəlirimiz isə 1,9 milyard artacaq. Hesab edirəm ki, bunun hesabına tarazlığı əldə edəcəyik.
Xərclərə gəlincə, bu gəlirimiz qədər də artacaq. Bu il gəlirlərimizin artımı 1,9 milyarddan bir qədər aşağı olacaq. Xərclərimiz isə təxminən 2 miyarda yaxın bir səviyyədə artacaq. Bunun əsasını isə sosial yönümlü xərclər tutur. Bu zaman isə dövlət büdcəsində kəsr yaranır. Bu kəsrin aradan qaldırılması istiqamətində işlər aparılmalı və yeni maliyyə imkanları axtarılmalıdır. Biz isə artıq bunu etmişik.
2015-ci ilin dövlət büdcəsinin icrası zamanı müəyyən qənaətimiz var. Bu qənaət büdcə kəsirinin örtürülməlsinə yönələcək. Bunun üçün bazara müəyyən istiqrazların buraxılmasını təmin edəcəyik. Bunun hesabına da büdcədə yerdə qalan fərqi də örtəcəyik”, - deyə nazir müsahibəsində qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az