Xərclərin azaldılması heç də sosial həssas qruplara aid deyil. Əsasən xərclərin azaldılması dövlət investisiya proqramlarının bir qədər kiçildilməsi hesabına baş verəcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Maliyyə naziri Samir Şərifov ANS TV-yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, 2016-ci ildə bütün sosial öhdəliklər tam həcmdə icra olunacaq:
“Bununla da bütün sosial öhdəliklərimiz, bütün sosial proqramlarımız pensiya təminatı, sosial müavinətlərin verilməsi, əmək haqqları, təqaüdlər və s. tam həcmdə, əvvəlki illərdə, yəni cari ildə olan həcmlərdə tam təmin olunacaq. Bunun üçün hər hansı narahatlığa əsas yoxdur”.
“İlk növbədə o layihələrə maliyyə vəsaitləri ayrılacaq ki, hansılar ki, artıq icradadılar. Yəni, biz onlara keçid layihələri deyirik. Bu il artıq onların icrasına başlanılıb. Növbəti il və ondan sonrakı illərdə bunların davam etdirilməsi gözlənilir. Yeni layihələrin isə dövlət hesabına başlanılmasına bir qədər fasilə veriləcək” - deyə, S.Şərifov deyib.
Ülviyyə R. Əli
www.oxu.az