“Samsung Curved TV” – izləyicinin gözlərinə təzyiqi minimallaşdıran, təsəvvürləri valeh edən reallıq.
Bu effekt birbaşa olaraq gözlərimizin quruluşu ilə bağlıdır. İnsan gözündə torlu qişanın iki cür - çöpcük və kolbacıq fotoreseptoru var. Gözün kolbacıqları rənglərin qəbulu və mərkəz görməyə görə, çöpcüklər isə hərəkətdə olan obyektlərin qəbulu və periferiya görməyə görə cavabdehdir.
“Samsung Curved TV” televizorlarının ekranının qövsü elə qurulub ki, standart hamar ekranlarla müqayisədə o, periferiya görməsini daha aktiv edir və məhz buna görə tamaşaçı daha real təsvir görür.
Gözün təbii qövsvariliyi baxış zamanı göz hərəkətini azaldır və bu da öz növbəsində gözlərin yorğunluğunu xeyli azaldır. Harvard universitetinin hamar və qövsvari ekranlı televizorların keyfiyyətinin müqayisəsi üzrə araşdırmaları göstərdi ki, “Curved TV” ekranları izləyicinin gözlərinə olan təzyiqi effektiv azaldır.
Ekranın qövs dərəcəsi elə hesablanıb ki, seyr zamanı gözlər aktiv hərəkət etmir. Bu da göz əzələlərində gərginliyi hiss olunacaq dərəcədə azaldır.
“Curved TV” görməyə yük vermədən bütünlüklə reallığa qərq olma hissi və panorama təsvirinin qəbulunda tam yeni səviyyə yaradır.