Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən İbrahim Hüseynovun vəkili məhkəmədə iştirak etmədiyi üçün hazırlıq iclasının avqustun 17-də davam etdirilməsi qərar alınıb.
11:21
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və digər şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayacaq.
Oxu.Az-ın “Report”a istinadən verdiyi xəbərinə görə, proses hakim Əfqan Hacıyevin sədrliyi ilə keçiriləcək.