“Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, bankın mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və digər şəxslərin cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.
Oxu.Az-ın “Report”a istinadən verdiyi xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası avqustun 15-nə təyin edilib.
İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq.