“Səadan” yatağında 1807 nömrəli quyu qazmadan sonra istismara verilib.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
SOCAR-ın məlumatına görə, “Siyəzənneft” NQÇİ-nin sifarişi əsasında Kompleks Qazma İşləri Tresti tərəfindən Maykop Lay Dəstəsinə qazılan quyu 1400-751 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul olunub.