Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şərqi Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi başa çatır - FOTO
“Şərqi Zəngəzur və Qarabağda mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər başa çatır”.
“Report” xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
O bildirib ki, həmin ərazilər 30 ilə yaxın müddətdə işğal altında olduğu üçün ehtiyatları dəyərləndirmək mümkün olmayıb:
“Zəfərdən sonra bizim ilk fəaliyyətimiz oranın mineral xammal ehtiyatlarının qiymətləndirilməsinə yönəldi. Artıq bu işlər başa çatmaqdadır. Bizim məqsədimiz işğal dövründə ölkəmizə dəymiş zərərin miqyasının müəyyən edilməsidir. Həmin zərər müvafiq qurumlara təqdim edilməklə gələcəkdə bəlli hüquqi təzminat davasının açılmasına xidmət edəcək”.
Daha çox şəkil burada: PhotoStock.az
"Qarabağ" teqi üzrə xəbərlər
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"