Səudiyyə Ərəbistanı qərb bazarı uğrunda Rusiya təchizatçıları ilə mübarizəyə başlayıb.
Çərşənbə axşamı “Rosneft”in rəhbəri İqor Seçin bildirdiyi kimi, Saudi Aramco sentyabr ayında öz neftinin Polşaya dəniz vasitəsilə nəqlinə başlayıb. Alıcılara Rusiya təchizatçısının Urals növünün qiymətlərindən daha ucuz qiymətlər təklif edilir, Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir.
“Səudiyyə Ərəbistanı ilk dəfə Polşa bazarına Qdanskdan xammal nəql edərək çıxıb. Səudiyyə Ərəbistanı fəal şəkildə dempinq edir, bu dünya qiymətlərinin dəyişməsinin elementinə çevrilir”, - Seçinin sözlərindən Reuters sitat gətirib.
Agentliyin ticarət dairələrindəki mənbəsi çatdırılma və endirimlər faktını təsdiqləyib. Onun sözlərinə görə, birinci partiya Qdanska sentyabrın 21-də gəlib.
“Polşa ən azı üç partiya alıb. Endirimlər lap inanılmazdır. Onlar İran qayıdana qədər bazarda, əsasən də Polşada payını möhkəmləndirmək istəyirlər”, - mənbə bildirib.
Daha öncə Saudi Aramco Asiya və ABŞ alıcıları üçün qiymətləri artırıb. Medium növünün rəsmi satış qiyməti 3 il ərzində maksimal 1,9 dollara, Arab Light 1,7 dollara qədər ucuzlaşdırılıb.
Treyderlər etiraf edirlər ki, Urals Rusiya nefti Avropa bazarında mövqelərini Yaxın Şərqdən daha ucuz neftin axını ilə əlaqədar itirir və bu təzyiq getdikcə artır. Yayda İraq Kürdistanından neft alışına Uralsın əvəzinə Macarıstan başlayıb.