Avropa Komissiyasının enerji məsələlər üzrə vitse-prezidenti Maroş Şefçoviç Salonikidə (Yunanıstan) Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə M.Şefçoviç Twitter-də mikrobloqunda yazıb.
Avropa Komissiyasının vitse-prezidenti səhər yeməyi zamanı Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubovla, energetika naziri Natiq Əliyev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə görüşüb.
M.Şefçoviç Azərbaycanı Cənub qaz dəhlizi çərçivəsində əsas tərəfdaş kimi təqdim edib.
