2018-ci ilin may ayında Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda ümumilikdə 58933 nəqliyyat vasitəsi keçib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

O bildirib ki, gün ərzində “Sınıq Körpü” gömrük postunda idxal və ixrac xəttindən ümumi olaraq 2000-ə yaxın nəqliyyat vasitəsi yoxlanılır:
“Ötən gün ərzində 2209 nəqliyyyat vasitəsi həm idxal, həm də ixrac edilib. 2017-ci ilin müvafıq dövründə bu rəqəm 2183 olub. Dünən gün ərzində bu postdan ölkəyə 650 minik avtomovili daxil olub, 642 avtomobil isə ölkədən çıxıb”.
O gömrük məntəqəsində yaranan sıxlığa da aydınlıq gətirib.Qeyd edib ki, prosedurlar Gürcüstan tərəfində olduğu kimi sadələşdiriləcək.
Leyla Əliyeva
www.oxu.az