Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
SOCAR vurğulayır ki, London birjasında iyunun 29-da keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,43% və ya 0,91 dollar azalaraq 62,42 dollar olub.
Ülviyyə R. Əli
www.oxu.az