Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
SOCAR Azərbaycandan Bolqarıstana qaz ixracını müzakirə edib
Azərbaycandan Bolqarıstana qaz ixracı müzakirə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bildirilib ki, müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəf Bolqarıstanın energetika naziri Vladimir Malinov arasında keçirilən görüşdə aparılıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyindəki rolu qeyd olunub.
Bu xüsusda, ötən ay SOCAR-ın Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlamasından məmnunluq ifadə edilib, həmçinin SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının ölkələrimizin enerji sektorunda əlaqələrinin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı enerji sahəsində əməkdaşlığın cari vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
"Rövşən Nəcəf" teqi üzrə xəbərlər
- SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
- Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
- Əli Əsədov "Barselona" prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
- Mikayıl Cabbarov:"İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacibdir"
- COP29-un Yaşıl Zonasında "Enerji keçidi üçün süni intellektin tətbiqi" adlı tədbir keçirilib