Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
SOCAR bu ilin ikinci rübü üzrə istehsalat göstəricilərini açıqlayıb
Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21,6 min metr qazma işləri həyata keçirilib. Qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7% artıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2023-cü illə müqayisədə təxminən 5,2% artaraq ikinci rüb üzrə 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4,2 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 9,2% artaraq 6,2 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 2,3 milyard kubmetr təşkil edib.
Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan çox neft, 862 milyon kubmetrdən çox qaz emal edilib. Emal olunan qaz həcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 659 min tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 8% artıb.
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- "SOCAR Türkiyə"nin gələn il üçün hədəfləri müzakirə edilib
- SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
- SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
- Naməlum avtomobil Bakının bir hissəsini qazsız qoydu
- Dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirilib