"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "Azərlotereya" ASC-nin dəstəyi və "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə yerli və xarici ali təhsil müəssisələrində təhsil alan şəhid övladları olan tələbələr üçün Türkiyə Respublikasının Qaradəniz bölgəsində "Əmanətə sədaqət" yay düşərgəsinə start verilib.
Şəhid övladı olan 21 tələbənin iştirak etdiyi düşərgənin ilk günündə iştirakçılar Sumela monastırını, Ayasofiya məscidini və Atatürk Köşkünü ziyarət ediblər.
Qeyd edək ki, 16 avqust tarixinədək davam edəcək düşərgə ərzində iştirakçılar karyera planlaması və şəxsi inkişaf, komanda işi və liderlik mövzuları üzrə peşəkar təlimlərdə iştirak edəcəklər.
Rəylər