Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ilin fevral ayı üzrə ödənişləri barədə məlumat açıqlanıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dövlət büdcəsinə 2015-ci ilin fevral ayında 108 milyon 227 min manat vəsait ödənilib.
Bu da ödənişlərin 2015-ci ilin yanvar ayı ilə müqayisədə 10 milyon 275 min və ya 8.6% azalması deməkdir.
Bundan əlavə, cari ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 534 min manat vəsait köçürüb. Bu da yanvar ayının göstəricilərindən 397 min manat və ya 3.3% azdır.