Yola saldığımız 2014-cü il dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq SOCAR üçün uğurlu keçib.
Oxu.Az xəbər verir ki, bunu SOCAR-ın Baş ofisində 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə şirkət prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayevin sözlərinə görə, yeni ildə Şirkətin həyata keçirəcəyi neft-qaz əməliyyatlarının başlıca məqsədi Azərbaycanın yanacaq-enerji balansına uyğun olaraq, neft məhsullarına və təbii qaza ölkədaxili tələbatın təmin olunmasından ibarətdir.
“Bu məqsədlə Şirkətin bütün idarə və müəssisələrində xərclərin optimallaşdırılmasına nail olunmalıdır”, - deyə, R.Abdullayev vurğulayıb.