Bu gün Sabirabadda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, Sabirabad “ASAN xidmət” mərkəzi 8 rayonda qeydiyyatda olan ümumilikdə 900 000-nə qədər vətəndaşa xidmət göstərir.
Xatırladaq ki, hazırda 4-ü Bakı şəhəri, 3-ü regional mərkəzlərdə olmaqla 7 “ASAN xidmət” mərkəzi mövcuddur.