“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Ceylaxtarma-Nardaranaxtarma” sahəsində seysmik-kəşfiyyat işləri başa çatdırılıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Xatırladaq ki, sahənin geoloji quruluşunun dəqiqləşdirilməsi, karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, eləcə də zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi ilə tədqiqat işləri aparılıb. Hazırda məlumatlar emal və interpretasiya olunur.
Qeyd edək ki, “Şamaxı-Qobustan” neftli-qazlı rayonunda yerləşən “Ceylaxtarma-Nardaranaxtarma” sahəsində əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaqdır.