Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![SOCAR-dan neft-qaz hasilatı ilə bağlı – HESABAT](https://images.oxu.az/2016/11/17/09/16/21/900/azerbaycan nefti yeni:1200.jpg)
SOCAR-dan neft-qaz hasilatı ilə bağlı – HESABAT
Bu ilin yanvar-oktyabr ayları ərzində Dövlət Neft Şirkəti (SOCAR) üzrə 6 milyon 317,1 min ton xam neft hasil olunub. Bu göstərici ötən ilin 10 ayı ilə müqayisədə 8,6% azdır.
Oxu.Az bu barədə SOCAR-ın açıqladığı hesabata istinadən xəbər verir.
Bu ilin 10 ayında neft hasilatının 641,3 min tonu oktyabrın payına düşüb. Bu ilin oktyabrında SOCAR üzrə neft hasilatı ötən ilin müvafiq ayı ilə müqayisədə 7,7% azdır. Ötən ay SOCAR üzrə neft hasilatı isə sentyabr ayı ilə müqayisədə 3,7% çoxdur.
Bundan başqa, şirkət cari ilin 10 ayı ərzində 5 milyard 210,2 milyon kubmetr qaz hasil edib. Bu ilin 10 ayında şirkət üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% azdır.
Yanvar-oktyabr ayları ərzində SOCAR-ın hasil etdiyi qaz hasilatının 503,7 milyon kubmetri oktyabrın payına düşüb ki, bu da ötən ilin oktyabr ayından 15% azdır. Ötən ay SOCAR-ın qaz hasilatı sentyabr ayından isə 4,5% çoxdur.
U.A.
www.oxu.az
"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- SOCAR Tatarıstan şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə edib
- "SOCAR Petroleum" yanacağa suyun qatılması iddiasına aydınlıq gətirib
- Şuşada SOCAR brendli yanacaqdoldurma stansiyası istifadəyə verilib
- İmişli və Saatlının qaz təchizatında fasilə yaranacaq
- Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı