“Səngəçal-dəniz - Duvannı-dəniz - Xərə - Zirə adası” yataqlar blokundakı qəzalı vəziyyətdə olan 282 nömrəli estakadayanı meydançada təmir-bərpa işləri başa çatdırılıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
“Meydançadakı fəaliyyətsiz fondda olan 202 nömrəli quyu aparılmış əsaslı təmir işlərindən sonra istismara verilib.
Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul verib, 2 772-2 622 metr intervaldan gündəlik 26 ton neft hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir”, - deyə şirkətdən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az