Kolumbiya əsilli aktrisa Sofia Vergara bir kosmetika şirkəti ilə məhkəməlik olub.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 43 yaşındakı Vergara reklamlarında ondan icazəsiz şəkilini istifadə edən “Venus Concept” adlı markanın əleyhinə 15 milyon dollarlıq təzminat davası açıb.
Vergara-nın yaxın dostu gözəl ulduzun özünü “pərəstişkarlarını aldatmış kimi” hiss etdiyini söyləyib.

Qeyd edək ki, 1972-ci ildə Kolumbiyada dünyaya gələn Vergara əvvəlcə adını öz ölkəsində məşhurlaşdırıb. Sonradan ABŞ-a köçən Vergara burada da bir çox serial və filmlərdə rol alıb. Amma onu şöhrətə qaldıran rolu “Modern Family” serialındakı Gloria obrazı olub.
Bir neçə il əvvəl ABŞ-da TV-nin ən çox qazanan aktrisası olan Vergara 2015-ci ilə uzun müddətdir birlikdə olduğu aktyor Joe Manganiello ilə ailə qurub.

Vergara-nın gənc yaşda qurduğu ilk evliliyindən isə 22 yaşında Manolo adında bir oğlu var.

Aytən Sadıqzadə
www.oxu.az