Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

SOCAR Dünya Bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTO
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Dünya Bankı neft-qaz hasilatı, bərpaolunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.
Bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Dünya Bankının Avropa və Mərkəzi Asiyada enerji və infrastruktur üzrə regional direktoru Çarlz Kormier ilə bu gün keçirilən görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, enerji sektorunda reallaşdırılan strateji layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin regionun igtisadi inkişafı və Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın uzunmüddətli hədəflərindən bəhs edilib, bu xüsusda enerji keçidinin prioritet istiqamət kimi müəyyənləşdirildiyi qeyd edilib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
"Rövşən Nəcəf" teqi üzrə xəbərlər
- AFFA prezidenti: "Futbolçuların əsgərliklə bağlı problemləri səlahiyyətimiz çərçivəsində deyil"
- Rövşən Nəcəf: "Çox istəyərdik ki, region klubları öz bölgələrində oynasınlar"
- Rövşən Nəcəf: "Biz daha çox nəticə əldə etmək istəyirik"
- SOCAR Rumıniya ilə bir sıra enerji məsələlərini müzakirə edib
- SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb