Dövlət Neft Şirkəti (SOCAR) iyun ayında dünya bazarında satışa çıxarılmış xam neftin qiymətlərini açıqlayıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.
Şirkət bildirir ki, iyun ayında xam neftin qiymətləri ucuzlaşıb:
Belə ki, 2015-ci ilin iyun ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 61,69 dollara,
Urals nefti 62,51 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 62,73 dollara satılıb.
May ayında isə Brent tipli xam neftin 1 bareli 64,32 dollara, Urals nefti 64,32 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 65,16 dollara satılmışdı.
Ülviyyə R. Əli
www.oxu.az