Biznes və iqtisadiyyat jurnalı olan “Derin Ekonomi” iyun buraxılışının üz qabığına “İslam ölkələrinin ən uğurlu 50 şirkəti” yazısını çıxarıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, baş ofisi ABŞ-da yerləşən “Dinar Standart”ın hazırladığı siyahıda 57 islam ölkəsinin toplam gəlirlərinin 6,7 trln. dollar olduğu deyilir.
Araşdırılan 50 şirkətin adının yer aldığı siyahıya Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) başçılıq edir.
SOCAR illik ortalama 78,79%-lik artım göstəricisi ilə liderliyə yüksəlib. SOCAR-ın ən yaxın rəqibləri olan LNOC 34,64%, “Proton” isə 31,80% artıb.