Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin fevral ayında 605 min ton neft hasil edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 36,9 min ton və ya 5,7% azdır.
Oxu.Az bu barədə şirkətin rəsmi saytına istinadən xəbər verir.
SOCAR-ın məlumatına görə, fevral ayında Azərbaycan üzrə neft hasilatı 3 milyon 339,3 min ton təşkil edib. Ötən ilin anoloji dövründə isə bu rəqəm 3 milyon 293 min ton olub.
Ümumilikdə, şirkət bu ilin iki ayında 1 milyon 252 min ton neft hasil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 102,2 min ton azalma deməkdir.
Qeyd edək ki, ötən ilin yanvar-fevral ayında şirkətin neft hasilatı 1 milyon 354,2 min ton təşkil etmişdi.
Ülviyyə R. Əli
www.oxu.az