2015-ci ildə SOCAR Gürcüstanda daha 5 yanacaqdoldurma məntəqəsini inşa edəcək və 4 məntəqədə isə rekonstruksiya işləri aparacaq.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
SOCAR-ın məlumatında göstərilir ki, hazırda qonşu ölkədə “SOCAR” brendi altında 112 yanacaqdoldurma stansiyası (bundan başqa, 1 ədəd qazdoldurma məntəqəsi) fəaliyyət göstərir.
Qeyd edək ki, ötən il Gürcüstan bazarına ümumilikdə 314 697,2 ton həcmində neft məhsulu idxal edilib ki, bunun da 288 494,8 tonu Azərbaycan mənşəli məhsulların (17 899,209 ton benzin, 245 857,324 ton dizel, 34 495,599 ton aviasiya kerosini, 657,029 ton mazut, 4 252,54 ton bitum və 11 535,555 ton maye qaz) payına düşüb.