Şəki şəhəri ərazisində Rəhman Nuriyevə məxsus mağazaya baxış zamanı müvafiq qeydiyyatdan keçməyən dini ədəbiyyat və müxtəlif əşyalar aşkar edilərək götürülüb.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, mağazaya baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyən 181 ədəd dini ədəbiyyat, habelə 156 ədəd suvenir, 94 dəst müxtəlif geyim əşyaları, 2 ədəd güldan və 177 ədəd təsbeh aşkar edilərək götürülüb.