2015-ci ilin yanvar ayında əvvəlki ilin yanvarına nisbətən sənaye məhsulu istehsalı 1,4 faiz artıb və 1,8 milyard manat təşkil edib.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, sənaye məhsulunun 58,1 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 3,7 milyon ton neft, 1,8 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. 2014-cü ilin yanvar-fevral aylarında isə 6,8 milyon ton neft, 3,1 milyard kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.
Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 30,2 faizini təşkil edib, içki, tütün məmulatlarının, kağız və karton, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilməyib.
İstehsal edilmiş sənaye məhsulunun 10,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.
Ümumi sənaye istehsalının 88,8 faizi malların (əmtəələrin), 11,2 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 71,5 faizi özəl bölmədə istehsal olunub.