SOCAR Georgia Gas şirkəti kommersiya istehlakçıları üçün təbii qazın qiymətində dəyişikliklər barədə bəyanat yayıb.
Oxu.Az bu barədə “Biznes-Qruziya”ya istinadən xəbər verir.
“Təbii qazın qiymətinin unifikasiyası məqsədilə onların SOCAR Georgia Gas kommersiya sektorunda istehlakçıların müəyyən qrupu üçün korrektəsi lazım oldu.
SOCAR Georgia Gas-ın nəql edilən qazın 1 kubmetr üçün qiyməti 84 tetridən aşağı olan kommersiya istehlakçıları üçün cari ilin oktyabr ayının 1-dən qazın 1 kubmetri üçün qiymət ƏDV nəzərə alınmaqla 84 tetri olacaq.
Şirkətin qərarı ilə çörək zavodları və büdcə təşkilatları üçün təbii qazın qiyməti dəyişməz olaraq qalacaq”, - bəyanatda deyilib.