Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili SOCAR şirkətinin nümayəndələri ilə görüşüb, Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir.
Görüş hökumət administrasiyasında keçirilir, görüşdə energetika naziri, baş nazirin müavini Kaxaber Kaladze və nazirin müavini Mariam Valişvili iştirak edir.
SOCAR tərəfdən hökumət administrasiyasında şirkətin prezidenti Rövnəq Abdullayev, eləcə də SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak edir.
Bütün suallara Mahir Məmmədovun cavab verəcəyinin planlaşdırıldığı məlum idi, amma Rövnəq Abdullayev gözlənilmədən Gürcüstana səfər edib.
Görüş bağlı qapılar arxasında keçirilir. Görüşün mövzusunun Gürcüstanın qaz təminatı ilə bağlı məsələlərin olması ehtimal edilir.