İlya Universiteti Statistika Xidməti 2014-cü ilin nəticələrinə əsasən Gürcüstanın iri şirkətlərinin reytinqini tərtib edib.
Bununla yanaşı, reytinqdə banklar və sığorta şirkətləri nəzərə alınmayıb.
Oxu.Az “Biznes Qruziya” saytına istinadən xəbər verir ki, liderlərin onluğunda neft və qaz istehsalçıları 14% ilə üstünlük təşkil edirlər. Sonra energetika (9%), qida industriyası (9%), ticarət (9%), nəqliyyat (8%), avtoidxal (7%), əczaçılıq (6%), inşaat, riteyl (hərəsi 5%), tütün industriyası (4%), məişət texnikasının satışı (4%), mərcli oyunlar (3%), aqrosektor (2%), texnologiyalar (1%) gəlir.
Liderlərin onluğuna “SOCAR Corciya petroleum”, “Toyota-Kafkaz”, “VİSOL qrupp”, “Gürcüstan dəmir yolları”, “Corcian marqanets”, “San-petroleum”, “SOCAR qaz import-eksport” neft və qaz korporasiyası kimi şirkətlər daxildir. 2013-cü il ilə müqayisədə birinci və ikinci mövqe dəyişməz qalıb.
10 iri şirkət arasında 7-nin yanacaq sektorunun nümayəndəsi olduğu faktını da qeyd etmək lazımdır.