Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın GAIL şirkəti qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Hindistan qaz şirkətinin rəsmi saytında məlumat verilib.
Memoranduma əsasən, GAIL və SOCAR mayeləşdirilmiş qazın (LNG) alışı və satışı sahəsində və LNG qlobal layihələrin həyata keçirilməsində əməkdaşlıq edəcəklər. Hər iki şirkət LNG bazar marketinqinin aparılmasında, mənbələrin tapılması və nəqletmə tələblərinin optimallaşdırılması üzrə əməliyyatlarda əməkdaşlıq edəcəklər.
Bundan başqa, GAIL və SOCAR dünyada əməkdaşlıq imkanlarını araşdıracaq və neft-kimya sahəsində birgə investisiya layihələrinə qatılacaqlar.
GAİL şirkətinin icraçı direktoru B.C.Tripathi bildirib ki, hər iki şirkətin güclü təcrübəsi birgə qaz hasilatı fəaliyyətinin öyrənilməsinə imkan yaradacaq.
G.Z.
www.oxu.az