SOCAR-ın “Palçıq Pilpiləsi” yatağındakı 1100 nömrəli özüldən 1123 nömrəli quyu aparılmış geoloji tədbirlərdən sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Qala-4 lay dəstəsindən Qala-1 lay dəstəsinə qaytarılmış quyuda 1299-1291 metr intervallarında təkrar və əlavə süzgəclər açılıb.
Quyu sutkada 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “Neft Daşları” NQÇİ tərəfindən istismar olunur.
Bundan əlavə, “Günəşli” yatağındakı 14-cü özüldən 343 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılmış quyu 2974-2952 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 100 ton neft və 14000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.
Gülnarə Zeynalova