Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

SOCAR-ın estakadası çökdü: ölən var
Azərbaycan Dövlət Neft Şirkətinin N.Nərimanov adına Neft Qazçıxarma İdarəsində (NQÇİ) bədbəxt hadisə baş verib.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, noyabrın 6-da saat 16:00 radələrində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov NQÇİ-nin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib, nəticədə estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb.
Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb, beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alıblar.
Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçmuş və onlar dənizə düşüblər.
Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir.
Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış aparırlar.
"Azneft" teqi üzrə xəbərlər
- SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi - SƏBƏB
- Dənizkənarı Bulvar ərazisində salınan velosiped zolağı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
- “Kişi paltarı geyinib, kaska qoyuram” - 8 Martda 25 ilin neftçi xanımı ilə MÜSAHİBƏ + FOTO