Batumidə SOCAR brendi ilə işləyən yanacaqdoldurma məntəqələri şəbəkəsinin kombinə olunmuş yeni məntəqəsinin açılışı olub.
Oxu.Az xəbər verir ki, Neft şirkətindən verilən məlumata görə, SOCAR-ın Gürcüstanda sayca 110 YDM-i, 16-ı qazdoldurma stansiyası var.
YDM Yaponiyanın dəqiqliyi ilə məşhur olan “Tatsuno” yanacaqpaylama qurğuları, Argentinada istehsal edilmiş son nəsil “Galileo” kompressorları ilə təchiz olunub. Bu qurğular yanacağın dəqiq, təhlükəsiz doldurulmasına imkan verir. Yanacaqdoldurma məntəqəsində fasiləsiz market və kafe fəaliyyət göstərir, müştərilər burada Unicard və Energycard kartlarına bonus toplaya bilirlər.
Məntəqədə həmçinin təkərlərdə təzyiqin tənzimlənməsi, avtomobilin su ilə təchizatı, salonun təmizlənməsi kimi xidmətlər də təklif olunur.
Gülnarə Zeynalova
www.oxu.az