2014-cü ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8993 metr qazma işi həyata keçirib, bu isə iyun ayı ilə müqayisədə 9,2% az təşkil edib.
Oxu.Az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
“Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 81123 metr qazma işi görülüb ki, bunun da 79495 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub”, - məlumatda deyilib.
Gülnarə Zeynalova
www.oxu.az