Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Əli Məmmədəliyev adlı sahibkarın evinə basqın olub.
Basqınçılar biznesmenin evindən 24 min manat nağd pul, seyfdən isə 50-60 min manatlıq qızıl-zinət əşyaları oğurlayıblar.
Oxu.Az xəbər verir ki, Nizami rayonu Polis İdarəsinin 24-cü polis bölməsindən MediaPost-a verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, əməliyyat axtarış tədbirləri həyata keçirilir.