2013-cü ildə SOCAR-ın Rumıniyada fəaliyyət göstərən “SOCAR Petroleum SA” şirkətinin dövriyyəsi 131,9 milyon avro olub.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Rumıniyanın iqtisadiyyat sahəsində nüfuzlu və geniş oxucu kütləsinə malik “Ziarul Financiar” qəzeti Rumıniyada dövriyyəsi 100 milyon avrodan çox olan 250 şirkət haqqında məlumat verib. Həmin şirkətlərdən biri də “SOCAR Petroleum SA” şirkətidir.
Məqalədə qeyd edilib ki, əgər 2008-ci ildə “SOCAR Petroleum SA”nın dövriyyəsi 15,2 milyon avro təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 131,9 milyon avro olub.
Nəticədə 2008-2013-cü illərdə artım 7,7 dəfə və ya 770% olub.
Eyni zamanda işçilərin sayı 223-ə çatıb. Xatırladaq ki, SOCAR 2007-ci ildən Rumıniya bazarında fəaliyyət göstərir. Şirkət hazırda Rumıniya iqtisadiyyatına 50 milyon avro sərmayə yatırmaqla, ölkənin 11 regionunda 28 yanacaqdoldurma məntəqəsinə malikdir.