Bakıda dəhşətli qətl törədilib.
Oxu.Az xəbər verir ki, Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Koroğlu” Metrostansiyası yaxınlığında yerləşən körpünün altında qeydə alınıb. Adı hələlik istintaqa məlum olmayan 35-40 yaşlarında kişi naməlum şəxs və ya şəxslər tərəfindən başına “kubik”lə vuraraq qətlə yetirilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq öldürülən şəxsin fotosunu təqdim edib. Onu tanıyanlardan (012) 422-43-02 nömrəli telefona məlumat verilmələri xahiş olunur.
