Dövlət Neft Şirkətində (SOCAR) mənzil növbəsində dayanan işçilər evlə təmin ediləcəklər.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, işçilərin mənzillərlə təmin olunması üçün hazırda şirkət daxilində kooperativ fəaliyyət göstərir. Bu qrum tərəfindən xeyli mənzil nefçilərə verilib.
İlk növbbədə, SOCAR-da mənzil növbəsində dayanan işçiləri bu kooperativə cəlb etməklə onların mənzil növbəsinə dayanma müddətindən asılı olaraq şirkət 50 faiz güzəştlə işçiləri mənzillərlə təmin edir.
SOCAR banka depozit pul qoymaqla işçilərə ipoteka krediti verir. Digər tərəfdən işçilərə torpaq sahələri də verilir. Bu işlər plana uyğun aparılır. Düşünürük ki, son neftçi mənzillə təmin olunanadək işlər gedəcək.