Türkiyədə baş verən Soma faciəsində 301 mədən işçisinin öldüyü qəza bir neçə səhnə və ifadələrlə insanların yadında qaldı.
Oxu.Az-ın Azvison.az-a istinadən xəbərinə görə, “ayaqqabılarımı çıxardım, xərək çirklənməsin” ifadəsi ilə hər kəsi təsirləndirən Murad Yalçına Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iş təklifi edib.
SOCAR-ın Türkiyədəki rəhbəri Kenan Yavuz bildirib ki, artıq bununla bağlı ona iş təklifi edib:
““Ayaqqabımı çıxardımmı?” sözləri ilə hər kəsi təsirləndirən M.Yalçına dünən iş təklifi etdim”- deyə, K.Yavuz əlavə edib.
