2014-cü ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11389 metr qazma işi həyata keçirib. Bu sahədə görülmüş işlərin 11032 metri istismara, 357 metri isə kəşfiyyata aid olub.
Oxu.Az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2014-cü ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 118840 metr qazma işi görülüb ki, bunun da 116656 metri istismara, 2184 metri isə kəşfiyyata aid olub.