SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin may ayında 73 min 475 ton dizel yanacağı, 23 min 960 ton təyyarə yanacağı, 2 min 121 ton soba mazutu, 7 min 519 ton yüksək təzyiqli polietilen, 1 min 47 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 687 ton maye piroliz qətranı, 5 min 453 ton propilen və 2 min 964 ton butilen butadien fraksiyası ixrac edib.
Bu barədə Oxu.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir.
Ümumilikdə, 2016-cı ilin yanvar-may ayları ərzində 355 min 406 ton dizel yanacağı, 113 min 580 ton təyyarə yanacağı, 2 min 298 ton soba mazutu, 40 min 360 yüksək təzyiqli polietilen, 6 min 133 ton mütləqləşdirilmiş izopropil spirti, 28 min 342 ton maye piroliz qətranı, 21 min 146 ton propilen və 6 min 684 ton butilen butadien fraksiyası ixrac edilib.
2016-cı ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 496,61 ABŞ dolları, təyyarə yanacağının - 428,80 dollar, dizel yanacağının - 411,66 dollar, 1% kükürdlü mazutun qiyməti 215,38 dollar, yüksək təzyiqli polietilenin - 1182,50 dollar, butilen butadien fraksiyasının - 447,58 dollar, maye piroliz qətranının - 496,61 dollar, propilenin qiyməti - 635,00 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 748,75 avro təşkil edib.
Bundan başqa, SOCAR-dan verilən məlumata görə, may ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 46,88 dollara, Urals nefti 45,16 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 48,11 dollara satılıb.
Ülviyyə R. Əli
www.oxu.az