SOCAR 2015-ci ilin dekabr ayında dövlət büdcəsinə 75 milyon 320 min manat vəsait ödəyib. Ümumiyyətlə, 2015-ci ildə büdcəyə 1 milyard 480 milyon 195 min manat vəsait ödənilib.
Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.
“Bundan əlavə, ötən ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 688 min manat vəsait köçürüb.
Qeyd edək ki, bu göstərici 2014-cü ilin dekabr ayı ilə müqayisədə 982 min manat və ya 108,4% çox olub.
2015-ci ilin yanvar-dekabr aylarında isə Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 139 milyon 294 min manat təşkil edib”, - deyə şirkətdən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az