SOCAR Turkey şirkəti “Petkim Petrokimya Holding A.Ş.”in səhmlərinin satılması təklifini ləğv edib.
Oxu.Az Haberler.com-a istinadən xəbər verir ki, “Petkim Petrokimya Holding A.Ş.” hissələrinin 1,6%-nin iyunun 8-də “BCM Global Fund” MMC-yə satılacağı ilə bağlı iyunun 5-də elan verib.
Qəzet yazır ki, şirkət buna səbəb kimi maliyyə bazarlarındakı qeyri-müəyyənliyi göstərib:
“Tərəflər arasındakı razılıq, qarşılıqlı istəklər çərçivəsində ləğv edilib. Qarşıdakı dövrdə baş verəcək proseslər fonunda bu məsələ yenidən müzakirə olunacaq” - deyə, şirkət bəyan edib.
Xatırladaq ki, “Socar Turkey Enerji A.Ş” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən törəmə müəssisəsidir.
Ülviyyə R. Əli
www.oxu.az