SOCAR Türkiyə şirkəti “Petkim”də sahib olduğu hissə payından 2,75 %-ni blok satış üsulu ilə xarici investisiya fonduna satıb.
Oxu.Az xəbər verir ki, bu barədə Trend SOCAR-a istinadən xəbər verir.
SOCAR-dan bildiriblər ki, bu bir ticarət əməliyyatı olmaqla, bir neçə il bundan əvvəl daha ucuz qiymətə alınmış hissə sənədlərinin - səhmlərin satışı prosesidir. İndi həyata keçirilmiş bu satış hər bir səhm üzrə təxminən 2,5 dəfə artıq dəyərlə satılaraq ciddi bir mənfəət əldə etməyə imkan yaradıb.
Bu satışdan əldə olunan vəsaitin digər investisiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır. Bu satış “Petkim”in səhmlərinin nəzarət paketinin miqdarına təsir etmir və SOCAR bundan sonra da "Petkim"i effektiv idarə etməkdə davam edəcəkdir.
Xarici investisiya fondu tərəfindən "Petkim" səhmlərinin alınması bu müəssisənin yüksək iqtisadi cəlbediciliyini göstərir.
www.oxu.az
12:34
“Socar Turkey Energy” mart ayında “Petkim Petrokimya Holding A.Ş” -dəki (“Petkim” ) payının bir qismini satışa çıxarmağı planlaşdırır.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, səhmlərin bu ay satışa çıxarılması planlaşdırılır.
Bu barədə artıq müvafiq qurumlar məlumatlandırılıb.
Hazırda “Socar Turkey Energy” “Petkim"in 57,5%-nə nəzarət edir.