Vyetnamın perspektivli neft-qaz strukturlarının SOCAR-la birlikdə işlənilməsində maraqlıyıq.
Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev ilə görüşündə Vyetnamın neft-qaz korporasiyası olan “Petrovyetnam”ın prezidenti Khan bildirib.
“Neftqazelmitədqiqatlayihə” İnstitutu ilə “Petrovyetnam” şirkəti arasında neft-qaz mühəndisliyi üzrə birgə müəssisənin yaradılması işləri başa çatmaq üzrədir”-deyə, qonaq bildirib.
Öz növbəsində, SOCAR prezidenti Rövnəq Abdullayev, qarşıdakı illərdə bir sıra perspektivli strukturların işlənilməyə başlanılacağını qeyd edib.O, bu istiqamətdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu, zəruri təhlil və araşdırmaların aparılacağını söyləyib.
Ülviyyə R.Əli
www.oxu.az