Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin aprel ayında 555.6 milyon kubmetr qaz hasil edib. Bu da mart ayının göstəricisindən 24.8 milyon kubmetr azdır.
Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.
SOCAR bildirir ki, 2015-ci ilin aprel ayında Azərbaycan üzrə qaz hasilatı 2 milyard 482.3 milyon kubmetr təşkil edib. Bu da 2015-ci ilin mart ayının göstəricisindən 107.1 milyon kubmetr azdır.
Xatırladaq ki, SOCAR 2015-ci ilin I rübündə də qaz hasilatını azaltmışdı.
Belə ki, SOCAR 2015-ci ilin I rübündə 1 milyard 669,7 milyon kubmetr qaz hasil etmişdi ki, bu da 2014-cü ilin müvafiq dövrünün göstəricisindən 16,4% az idi.
Ülviyyə R. Əli
www.oxu.az