2015-ci ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6686 metr qazma işi həyata keçirib.
Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) Oxu.Az-a bildirilib.
“Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 104 411 metr qazma işi görülüb ki, bunun da 103 411 metri istismara, qalanı isə kəşfiyyata aid olub”, - deyə şirkətdən qeyd edilib.
Şirkətdən qeyd edilib ki, dekabr ayı ərzində qazmadan alınmış 10, 2015-ci il ərzində isə 73 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.
Ülviyyə R. Əli
www.oxu.az